Şimali Koreya lideri Kim Çen In ölkə gənclərini Koreya Əmək Partiyasının tapşırıqlarını yerinə yetirmək üçün əsas qüvvə adlandırıb və onları Ukrayna müharibəsində Rusiyanın tərəfində döyüşməyə çağırıb.
"Reuters" agentliyinin məlumatına görə, Pxenyan administrasiyası gənclərə həm daxili səfərbərlikdə, həm də Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə hərbi rol baxımından mərkəzi yer ayırır.
Kim Çen In bu mesajları Pxenyanda hakim partiyanın Gənclər Liqasının qurultay nümayəndələri ilə görüşü zamanı səsləndirib. Beş ildən bir keçirilən Sosialist Vətənpərvər Gənclər İttifaqının qurultayı təxminən 14-30 yaş arası vətəndaşların səfərbər edilməsini hədəfləyir. Keçən həftə başa çatan bu tədbir paytaxtda kütləvi mitinqlər, məşəl paradları və təntənəli mərasimlərlə müşayiət olunub.
Mövsüm,
AzNews.az