İmmuniteti gücləndirən qidaların başında turşular gəlir. Xüsusilə qış aylarında süfrələrdə müxtəlif növləri ilə yer alan turşuların xəstəliklərə qarşı qoruyucu təsir göstərdiyi bildirilir. Mövsümündə müxtəlif tərəvəzlərdən hazırlanan turşular sahib olduqları qida dəyərləri sayəsində immun sistemini gücləndirən məhsullardan biridir. Ən çox istehlak edilən turşuların başında acı bibər turşusu gəlir. Metabolizmə müsbət təsirləri ilə acı bibər turşusu tez-tez istifadə olunan turşular sırasındadır.
Acı bibər turşusunun faydaları nələrdir?
Turşu müxtəlif tərəvəzlərdən hazırlanan və yeməklərin yanında məzə kimi təqdim edilən qida növüdür. Acı bibərlə hazırlanan acı bibər turşusu çox faydalı bir qida hesab olunur.
Aznews.az xəbər verir ki, acı bibər turşusu antioksidantlarla zəngindir və bədəndəki toksinlərin xaric olunmasına kömək edir. İmmunitet sistemini gücləndirərək qış aylarında tez-tez rast gəlinən soyuqdəyməyə qarşı qoruyucu rol oynayır.
Mədə problemlərinə faydalı olduğu, hətta xora yaranmasının qarşısını ala bildiyi qeyd edilir. Yaddaşa müsbət təsir göstərərək onun güclənməsinə dəstək olur. Yağ yandırmanı sürətləndirərək çəki artımının qarşısını alır və arıqlamağa kömək edir. Qəbizlik və həzmsizlik şikayətlərini də azaldır.
Tərkibindəki vitamin və minerallar sayəsində metabolizmi sürətləndirir. Ağız içi yaralara faydalı ola bilər, qanda şəkərin tənzimlənməsinə kömək edir və insulin balansına müsbət təsir göstərir.
Bəzi mənbələrdə prostat xərçənginin inkişafını yavaşlada biləcəyi, dəmirin orqanizmdə sorulmasını artırdığı və yuxu problemlərinə müsbət təsir göstərə biləcəyi də qeyd olunur.
Bundan əlavə, xolesterin problemlərinə müsbət təsir etdiyi, ürək sağlamlığını dəstəklədiyi, bağırsaq parazitlərinə qarşı faydalı olduğu və ümumilikdə bəzi xərçəng növlərinə qarşı qoruyucu rol oynaya biləcəyi bildirilir.
Acı bibər turşusunun yan təsirləri
Acı bibər ümumilikdə faydalı qida hesab olunur. Lakin bəzi insanlarda ehtiyatla istifadə edilməlidir.
Xüsusilə:
Mədə problemi olanlar
Bağırsaq xəstəliyi olanlar
Həzm sistemi həssas olanlar
acı bibər turşusunu çox miqdarda istehlak etməməlidir.
Hemoroid (babasil) problemi olan şəxslərə isə bəzi hallarda acı bibərdən uzaq durmaq tövsiyə olunur.
Sağlam insanlarda isə normal miqdarda qəbul edildikdə ciddi zərər vermir və hətta toxluq hissini artırmağa kömək edir.
Nuray, AzNews.az