Xırdalanda oğurluq edən qrup yaxalandı

23 Sentyabr 2013 11:43 (UTC+04:00)
Sentyabrın 15-dən 16-a keçən gecə Xırdalan şəhər, Yoncalıq adlanan yerdə ərzaq mağazasından oğurluq edən qrup yaxalanıb.

Bu barədə AzNews.az-a Abşeron rayon Polis Şöbəsindən məlumat daxil olub.

Məlumata görə, sentyabrın 20-də keçirilən əməliyyat tədbirləri nəticəsində qrup ələ keçib. Qabaqcadan əlbir olaraq gizli yolla Mahir Hümbət oğlu Məmmədova məxsus mağazaya girən Vladimir Dmitriyeviç Texaşvili və Valid Fikrət oğlu Salmanov oradan 120 manat pul və 410 manatlıq ərzaq malları oğurlayıb.

Onların barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi açılıb. Faktla bağlı araşdırma davam edir.


Ruhiyyə
AzNews.az