"Kreml və onun əlaltıları Ukrayna Prezidenti Volodimir Zelensknin Azərbaycana səfərini narazılıqla qarşılasalar da, bu məsələni çox da qabartmadılar. Çünki, Kreml Azərbaycanın Rusiyanın nüfuz dairəsində olmadığını, Türkiyənin müttəfiqi olduğunu və Bakının müxtəlif dövlətlərlə sərbəst şəkildə əlaqələr qurması faktını qəbul edib".
Bu barədə politoloq Elxan Şahinoğlu açıqlama verib.
O, deyib:
"Eyni sözləri Ermənistan haqqında söyləmək mümkün deyil, hər nə qədər baş nazir Nikol Paşinyan Rusiyanın nüfuz dairəsindən uzaqlaşmağa çalışsa da, onun təmsil etdiyi ölkəni hələ də Moskvanın vassalı kimi dəyərləndirirlər. Ona görə də Kreml və onun mediadakı ruporları Volodimir Zelenskinin Avropa Siyasi Birliyinin sammitində iştirakı məqsədilə Ermənistana səfərini xüsusi etirazla qarşılayıblar. Erməni radikallar da Kremllə eyni mövqedən çıxış edərək Ukrayna Prezidentinin İrəvana gəlişini Rusiya-Ermənistan münasibətlərinə mənfi təsirindən danışırlar. Halbuki, Ukrayna Prezidentini İrəvana Nikol Paşinyan dəvət etməyib, bu Avropa Siyasi Birliyinin sammitidir, qonaqları Brüssel müəyyənləşdirib. Kreml və erməni radikallar ümumiyyətlə Avropa sammitinin İrəvanda keçirilməsini də Paşinyanın Rusiyaya xəyanəti kimi qiymətləndiriblər. Halbuki, Avropa Siyasi Birliyinin 2026-cı ildəki sammitinin İrəvanda, növbəti ildəki sammitinin isə Bakıda keçirilməsi qərarı da Brüsselə məxsusdur. Ancaq orası da var ki, Brüssel İrəvandakı sammit vasitəsilə həm Ermənistanı Rusiyadan uzaqlaşdırmaq, həm də iyun ayında parlament seçkisində Paşinyanın qələbə şansını artırmağı hədəfləyib".
AzNews.az