Ağ Ev yaxınlığında atışma oldu - Yaralanan var

5 May 2026 01:58 (UTC+04:00)

Vaşinqtonda Ağ Evin yaxınlığında atışma baş verib.

AzNews.az xəbər verir ki, atışma nəticəsində 1 nəfər yaralanıb. Zərərçəkənin vəziyyəti ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb.

Hadisə Vaşinqton Abidəsi ilə ABŞ Holokost Memorial Muzeyi arasında baş verib.

"Əl-Cəzirə"nin məlumatına görə, Ağ Ev mühasirəyə alınıb və hadisə yerində olan jurnalistlər brifinq otağında toplanıblar.