Əraqçi: "Hərbi həll yolu yoxdur"

5 May 2026 02:25 (UTC+04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Hörmüz boğazı ətrafında baş verən hadisələr göstərir ki, siyasi böhranın hərbi həlli yoxdur.

O, “X” platformasında paylaşımında qeyd edib ki, ABŞ bu prosesdə ehtiyatlı davranmalıdır və “pis niyyətli qüvvələrin” onu yenidən bataqlığa çəkməsinə imkan verməməlidir. Nazir əlavə edib ki, bu xəbərdarlıq Birləşmiş Ərəb Əmirlikləri üçün də keçərlidir.

Əraqçi vurğulayıb ki, Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlarda müəyyən irəliləyiş var və bu fonda gərginliyi artıracaq addımlardan çəkinmək lazımdır.

O, ABŞ-ın “Project Freedom” adlandırdığı təşəbbüsü də tənqid edərək bildirib: “Project Freedom əslində ‘Project Deadlock’dur”, yəni bu təşəbbüs problemi həll etmək əvəzinə dalana dirəyir.

Mövsüm,

AzNews.az