Melonini Bakıda təəccübləndirən nə olub? – VİDEO

5 May 2026 02:35 (UTC+04:00)

“2013-cü ildən bəri İtaliyanın Baş naziri Azərbaycana səfər etməyib. Bu, mənə kifayət qədər qəribə görünür”.

AzNews.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corcia Meloni Prezident İlham Əliyevlə görüşü zamanı deyib.

“Bu səfəri etmək həqiqətən vacib idi, çünki bizim əməkdaşlığımız həqiqətən genişdir. Biz bir çox sahələr üzrə əməkdaşlıq aparırıq. Biz birlikdə daha çox iş görə bilərik. Azərbaycan bizim strateji tərəfdaşımızdır”, – o əlavə edib.

Meloni onu da qeyd edib ki, Azərbaycan Aralıq dənizi regionuna qədər uzun bir körpü rolunu oynayır.