Almaniyada dəhşət: avtomobil insanları vurdu – ölənlər var -VİDEO

5 May 2026 03:39 (UTC+04:00)

Leipzig şəhərində avtomobil dayanacaqda gözləyən insanların üzərinə sürülüb.

Hadisə şəhərin mərkəzində, Augustusplatz meydanı yaxınlığında, piyadalar zonasına daxil olan avtomobilin idarəetmədən çıxması ilə baş verib. Sürücü avtomobili insanların üzərinə yönəldərək izdihama çırpılıb.

Polis qısa müddət sonra sürücünü saxlayıb. Məlumata görə, o, Almaniya vətəndaşıdır.

Hadisə nəticəsində 2 nəfər həyatını itirib, daha 20 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Araşdırmalar davam edir.