Xəzərdə zəlzələ olub

5 May 2026 10:05 (UTC+04:00)

Xəzər dənizində zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 08:45-də qeydə alınıb.

Bildirilib ki, yeraltı təkanın maqnitudası 3,7, zəlzələ ocağının dərinliyi isə 19 kilometr olub.

Aznews.az