Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edildi

5 May 2026 10:31 (UTC+04:00)

Bakı Baş Səhiyyə Mərkəzinə Şərifova Nərgiz Talıb qızı direktor müavini təyin edilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, N.Şərifova 2023-cü ildən hazırkı təyinatınadək Azərbaycan Tibb Universitetinin (ATU) I uşaq xəstəlikləri kafedrasının assistenti, ATU Tədris Cərrahiyyə Klinikasının Yenidoğulmuşların intensiv terapiyası şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.

N.Şərifova 1-ci dərəcə dövlət qulluqçusudur.

Aznews.az