Ermənistan prezidentliyinə keçmiş namizəd həbs edildi

23 Sentyabr 2013 12:19 (UTC+04:00)
Ermənistanda prezidentliyə namizəd Paruyr Ayrikyana sui-qəsdlə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


APA-nın "Armenia today" saytına istinadən verdiyi məlumata görə, iş üzrə adı keçən 3 nəfərə - cinayətin təşkilatçısı olmaqda ittiham edilən, prezidentliyə namizəd olmuş Vardan Sedrakyan və onun tanışları olan 2 icraçıya – Xaçik Poqosyan və Samvel Arutunyana hökm oxunub. V. Sedrakyan 14 il, X. Poqosyan və S. Arutunyan isə 12 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V. Sedrakyan məhkəmədə günahsız olduğunu bildirib, digər iki nəfər isə günahını boynuna alıb.


AzNews.az