Qazaxıstanda zavodda partlayış: ölən və yaralananlar var

5 May 2026 12:28 (UTC+04:00)

Qazaxıstanın ən böyük sink istehsalçılarından biri olan "KazZinc" zavodunda baş verən partlayış faciə ilə nəticələnib.

Məlumata görə, tüstü borusunun təmizlənməsi zamanı partlayış baş verib. Hadisədən sonra yanğın yaranıb və zavod konstruksiyasının bir hissəsi çöküb.

Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 5 nəfər isə xəsarət alıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib ki, partlayışdan sonra yaranan yanğın qısa müddətdə lokallaşdırılıb və tam söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

Mövsüm,

AzNews.az