Okeanın ortasında virus həyəcanı: 3 nəfər öldü, sərnişinlərin enməsinə icazə verilmir

5 May 2026 12:36 (UTC+04:00)

Dünya Səhiyyə Təşkilatı bazar günü açıqlama verərək bildirdi ki, Atlantik okeanında hərəkət edən sərnişin gəmisində şübhəli hantavirus hadisələri qeydə alınıb. Üç nəfər həyatını itirib, ən azı daha üç nəfər xəstələnib. Bu virus dünyada narahatlıq yaradıb. Gəmidən heç kimin enməsinə icazə verilmir, mütəxəssislər isə baş verənləri “olduqca qeyri-adi” kimi qiymətləndirirlər. Bəs bizi nə gözləyir? Təhlükənin miqyası nə qədərdir?

“Oceanwide Expeditions” şirkətinin idarə etdiyi “MV Hondius” adlı gəmidə həyatını itirən üç nəfərin sərnişin olduğu bildirilib. Gəminin hazırda Praia şəhərində — Kabo-Verde dövlətinin paytaxtında lövbər saldığı qeyd olunub.

Bazar günü saat 23:00-a olan məlumata görə, Kabo-Verde hakimiyyəti sərnişinlərin tibbi yardım almaq üçün sahilə çıxmasına icazə verməyib.

Hantavirus, mərhum aktyor Cin Hekmanın həyat yoldaşı Betsy Arakavanın ölümünə səbəb olan və “hantavirus pulmonar sindromu” kimi tanınan ağır və çox vaxt ölümcül tənəffüs xəstəliyinə yol açır.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri-nin məlumatına görə, insanlar adətən bu virusa siçan və siçovul kimi gəmiricilərlə, xüsusilə onların sidiyi, nəcisi və tüpürcəyi ilə təmas nəticəsində yoluxur.

Yalnız hantavirusun bir növünün — Andes virusunun insandan insana keçə bildiyi məlumdur, lakin bu çox nadir hallarda baş verir. Bu virus əsasən Çili və Argentinada yayılıb.

Gəmi harada idi?

“MarineTraffic” məlumatlarına görə, Holland bayraqlı “MV Hondius” sərnişin gəmisi təxminən yeddi həftə əvvəl Uşuaya şəhərindən yola çıxıb. Gəmi Antarktida və Müqəddəs Yelena adası dayanacaqlarından sonra bazar günü Praia limanına çatıb.

“Oceanwide Expeditions” şirkətinin məlumatına görə, gəmidə 170 sərnişin və aralarında həkimin də olduğu 71 nəfərlik heyət var. Şirkət bildirib ki, hazırda əsas diqqət sərnişin və ekipaj üzvlərinin sağlamlığı və təhlükəsizliyinə yönəlib.

Yoluxmanın necə baş verdiyi hələ məlum deyil.

Gəmidə baş verənlər olduqca qeyri-adidir

Tierra del Fueqo əyalətinin Səhiyyə Nazirliyi bildirib ki, bu bölgədə əvvəllər hantavirus halı qeydə alınmayıb.

Dünya Səhiyyə Təşkilatı qeyd edib ki, simptomları olan 6 nəfərdən yalnız birində hantavirus laborator şəkildə təsdiqlənib, qalan 5 nəfər isə şübhəli hal kimi qiymətləndirilir. Araşdırmalar davam edir.

Ailə həkimi Skott Miskoviç bildirib ki, bu virusun belə bir marşrutda yayılması olduqca qeyri-adidir və ilk oxuyanda səhv olduğunu düşündüyünü deyib.

“Kənardan baxanda epidemiya kimi görünə bilər”

Təcili tibbi yardım üzrə mütəxəssis Gültekin Akyol bildirib ki, bu virus gəmiricilərdən insanlara keçir və qapalı mühitdə eyni mənbəyə məruz qalma nəticəsində çoxsaylı yoluxma halları baş verə bilər. Bu da kənardan epidemiya kimi görünə bilər.

O əlavə edib ki, hantavirusların böyük əksəriyyəti insandan insana keçmir.

Ölənlər və xəstələr haqqında nə məlumdur?

Cənubi Afrika Respublikası Səhiyyə Nazirliyinin məlumatına görə, ilk qurban 70 yaşlı kişi olub və onun cənazəsi Müqəddəs Yelena adasına aparılıb.

Onun həyat yoldaşı isə öz ölkəsi olan Niderlanda qayıtmaq üçün uçuşa hazırlaşarkən halı pisləşib və xəstəxanada vəfat edib. Rəsmi məlumatlara görə, ölənlərdən ikisi niderlandlıdır.

Digər xəstə olan britaniyalı sərnişin isə Yohannesburq şəhərində müalicə olunur.

Hantavirus nə qədər təhlükəlidir?

Bu xəstəlik əvvəlcə:

kimi əlamətlərlə başlayır. Daha sonra nəfəs darlığı və ağciyər ödemi inkişaf edə bilər.

CDC-nin məlumatına görə, ağır hallarda ölüm faizi təxminən 38%-ə çatır.

Müalicə varmı?

Hantavirus üçün xüsusi dərman yoxdur. Ağır hallarda xəstələrin süni tənəffüs aparatına qoşulması tələb oluna bilər.

Ümumilikdə mütəxəssislər hesab edir ki, hadisə ciddi araşdırılsa da, bu vəziyyət qlobal təhlükə deyil və daha çox lokal xarakter daşıyır.