Stubb: Avropanın Rusiyanı cilovlamaq üçün Ukraynaya ehtiyacı var

5 May 2026 13:00 (UTC+04:00)

Avropanın Rusiyanı "dayandırmaq" üçün Ukraynaya ehtiyacı var.

Finlandiya Prezidenti Aleksandr Stubb bunu "Helsingin Sanomat"-a verdiyi müsahibədə bildirib .

"Avropanın Rusiyanı cilovlamaq üçün Ukraynaya ehtiyacı var. Ukraynanın həm AB, həm də NATO-nun üzvü olması bizim üçün faydalı olardı", - deyə o bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri (USQ) hazırda "ən böyük və ən müasir" ordudur.

Stubb həmçinin bildirib ki, Ukraynanın Avropaya necə kömək edə biləcəyini nəzərdən keçirmək lazımdır.

Mövsüm,

AzNews.az