Qalibaf: "Hörmüz boğazında yeni qüvvələr nisbəti formalaşır"

5 May 2026 13:47 (UTC+04:00)

"Amerika Birləşmiş Ştatları və onun müttəfiqlərinin atəşkəs rejimini pozması, həmçinin İrana qarşı tətbiq edilən dəniz blokadası nəticəsində Hörmüz boğazı sularında təhlükəsiz hərəkət ciddi risk altındadır".

Aznews.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf özünün "X" hesabında bildirib.

"Hörmüz boğazında yavaş-yavaş yeni qüvvələr nisbəti formalaşır. ABŞ və müttəfiqlərinin atəşkəsi pozaraq blokada tətbiq etməsi səbəbindən dəniz daşımaları və enerji resurslarının tranzit təhlükəsizliyi böyük təhdidlə üz-üzə qalıb", -deyə spiker qeyd edib.

Qalibafın fikrincə, hazırkı vəziyyəti qoruyub saxlamaq ABŞ üçün olduqca dözülməz bir haldır, baxmayaraq ki, rəsmi Tehran hələlik heç bir əməli tədbirə əl atmayıb.