Aybaşı gecikməsi bir çox qadında narahatlıq və stressə səbəb olur. Gecikmiş və ya qeyri-müntəzəm adət dövrlərinin bir neçə mümkün səbəbi var. Düzənsiz aybaşı dövrü bəzi problemlərin xəbərçisi ola bilər. Stress, aşağı və ya yüksək bədən çəkisi, polikistik over sindromu və ya hormonal səbəblər gecikməyə yol aça bilər. Bəs, dərhal aybaşı olmaq üçün nə etmək lazımdır? Aybaşı gətirən vasitələr nə işə yarayır? Onlar zərərlidirmi?
Budur, bilməli olduğunuz məqamlar…
Aznews.az müxbirinin araşdırmasına görə, aybaşı gecikməsi müxtəlif səbəblərlə bağlı olaraq bir çox insanı narahat edir və bu prosesi sürətləndirmək üçün müxtəlif üsullara əl atılır. Bu gün aybaşının tez baş verməsinə kömək edə biləcək fərqli təbii üsullar mövcuddur. Xüsusilə bitki mənşəli vasitələr bu məqsədlə geniş istifadə olunur.
DƏRHAL AYBAŞI OLMAQ ÜÇÜN NƏ ETMƏLİ?
Adətin daha tez başlaması üçün müxtəlif üsullar mövcuddur. Xüsusilə bəzi bitki çaylarının istifadəsi bu baxımdan önə çıxır. Məsələn, gün ərzində iki stəkan adaçayı və rezene (şüyüd) çayı içmək faydalı ola bilər.
Müntəzəm istifadə ilə aybaşının tezləşməsi mümkündür. Bundan əlavə, digər bitki çaylarına zəncəfil və zerdeçal əlavə etmək də prosesin daha tez başlamasına kömək edə bilər. Lakin bu cür vasitələrin düzgün və ölçülü şəkildə istifadəsi çox vacibdir.
Aybaşı gətirən vasitələr (dərmanlar) xüsusilə adət qanamasının az olduğu və ya gecikdiyi hallarda istifadə olunur. Bu vasitələr:
aybaşı qanamasını artırır, adət dövrünü tənzimləməyə kömək edir
Lakin bu dərmanlar mütləq həkim nəzarəti altında və düzgün dozada istifadə olunmalıdır. Əks halda, əlavə problemlər yarana bilər.
AYBAŞI GƏTİRƏN VASİTƏLƏR ZƏRƏRLİDİRMİ?
Ən çox verilən suallardan biri də bu dərmanların zərərli olub-olmamasıdır. Həkim nəzarəti altında və düzgün dozada istifadə edildikdə adətən zərərli olmur. Amma digər bütün dərmanlarda olduğu kimi, nizamsız və özbaşına istifadə ciddi problemlərə səbəb ola bilər.
Eyni qayda təbii bitki vasitələrinə də aiddir. Onların da həddindən artıq və ya düzgün olmayan istifadəsi zərər verə bilər. Buna görə də yalnız ehtiyac olduqda və ölçülü şəkildə istifadə etmək vacibdir.
Nilay, Aznews.az