İranın xarici işlər naziri Abbas Əraqçi Çinə səfər edəcək.
AzNews.az xəbər verir ki, İranın xarici işlər naziri müxtəlif ölkələrlə diplomatik təmasların davamı olaraq bu gün Pekinə gedəcək.
Nazir səfər çərçivəsində çinli həmkarı ilə ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaq.