"Cənubi Qafqaz imperiyaların rəqabət yeri olmamalıdır" - Makron

5 May 2026 14:39 (UTC+04:00)

"Cənubi Qafqaz imperiyalar arasında rəqabət yeri olmamalıdır".

AzNews.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "İrəvan Dialoqu-2026" beynəlxalq konfransında deyib.

O, Ermənistanın Avropa çağırışına malik olduğuna əminliyini bildirib: "Cənubi Qafqaz regiona mükafat kimi baxan, yerli xalqları bir-birinə qarşı qoyan imperiyalar arasında rəqabət yeri olmamalıdır. Cənubi Qafqaz Avropa, Asiya və Yaxın Şərq arasındakı mərkəzi mövqeyini bərpa edə bilər".