Milli Şura regionlara gedir

23 Sentyabr 2013 12:34 (UTC+04:00)
Milli Şuranın vahid namizədinin regionlardakı seçki kampaniyasına start verilib.

İcra Aparatının Mətbuat Xidmətindən AzNews.az-a daxil olan məlumata görə, Ağstafada Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin Seçki Qərargahı yaradılıb. AXCP, Müsavat, "El" Hərəkatının təşəbbüsü ilə yaradılan Seçki Qərargahının təsis konfransı sentyabrın 21-də keçirilib.

İki yüzə yaxın fəalın iştirak etdiyi toplantıda C.Həsənlinin vəkilləri - Milli Şuranın İcra Aparatının rəhbəri, "EL" Hərəkatının rəhbəri Eldar Namazov və AXCP sədrinin müavini Nürəddin Məmmədli iştirak edib.

Azərbaycanın digər regionlarında da seçki qərargahları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub


AzNews.az