Qan şəkərinin çox sürətli dəyişməsi “sinirə bağlı şəkər xəstəliyi” kimi tanınır. Bu dəyişiklik insan orqanizmində mühüm fərqliliklər yaradır. Xüsusilə ani vəziyyət dəyişiklikləri ilə birlikdə əsəbilik xeyli artır.
Bir çox insana təsir edən müxtəlif şəkər xəstəlikləri mövcuddur. Bunların içində xüsusilə sinirə bağlı şəkər xəstəliyi gündəlik həyata təsir edən mühüm problemlərdən biridir. Bu problemlə qarşılaşan insanlar isə bu barədə daha çox məlumat əldə etməyə çalışırlar. Xüsusilə əsəbi olmaq və ya yanlış qərarlar vermək kimi hallar ciddi narahatlıqlara səbəb ola bilər.
Sinirə bağlı şəkər xəstəliyi nədir? Aznews.az araşdırır.
Qan şəkərinin çox sürətli dəyişməsi sinirə bağlı şəkər xəstəliyi kimi ifadə olunur. Bu dəyişikliklər insan orqanizmində ciddi təsirlər yaradır. Xüsusilə ani vəziyyət dəyişiklikləri zamanı əsəbilik xeyli artır. Eyni zamanda ani qərarlar vermək və səhv seçimlər etmək ehtimalı yüksəlir.
Bu səbəbdən belə hallarda yaranan əlamətləri izləmək vacibdir. Vaxtında müşahidə aparmaqla həkimə müraciət edib lazımi dəstəyi almaq mümkündür.
Sinirə bağlı şəkər xəstəliyi niyə yaranır?
Müasir dövrdə müxtəlif növ şəkər xəstəlikləri mövcuddur və onları yaradan müxtəlif amillər var. Bu baxımdan sinirə bağlı şəkər xəstəliyinin ən mühüm səbəblərindən biri stress hesab olunur.
Stress zamanı:
* qan şəkəri səviyyəsi arta bilər
* orqanizmdə insulin ifrazı dəyişə bilər
Belə hallarda ortaya çıxan əlamətlər müşahidə olunarsa, mütləq mütəxəssis həkimə müraciət etmək vacibdir.
Stressə bağlı şəkər xəstəliyinin əlamətləri nələrdir?
Bu xəstəliyin əlamətləri müxtəlif formalarda özünü göstərə bilər və yaşdan asılı olmayaraq hər kəsdə yarana bilər. Əlamətlər ortaya çıxdıqda vaxtında tədbir görmək vacibdir:
* Sürətli və nəzarətsiz çəki itkisi
* Həddindən artıq əsəbilik
* Əllərdə və ayaqlarda titrəmə
* Dəridə quruluq
* Görmədə bulanıqlıq və ya diqqət toplama çətinliyi
* Halsızlıq və zəiflik hissi
* Tez-tez sidiyə çıxma
Bu əlamətlərdən bir neçəsi eyni anda müşahidə olunarsa, gecikmədən həkimə müraciət edin.
Nuray, AzNews.az