ABŞ-ın iki ticarət gəmisi hərbi gəmilərlə birlikdə Hörmüz boğazını keçib.
Aznews.az xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında deyib.
O, “Azadlıq Layihəsi” çərçivəsində keçirilən bu əməliyyatdan sonra ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yüzlərlə gəmi, gəmiçilik şirkəti və sığortaçılarla əlaqədə olduğunu qeyd edib.
“İran limanlarındakı 6 gəmi ABŞ Hərbi Dəniz Qüvvələrinin blokadasını yarmağa uğursuz cəhd göstərib və onlar geri qayıdıb”, - Heqset bildirib.
Heqset dünyanı Hörmüz boğazı üçün hərəkətə keçməyə çağırıb.
O, ABŞ-ın Hörmüz boğazındakı missiyasının müvəqqəti olduğunu, gec-tez beynəlxalq ictimaiyyətin məsuliyyəti öz üzərinə götürməli olduğunu vurğulayıb.