Bu gün Sfera.az xəbər portalının fəaliyyətə başlamasından 14 il ötür.
05 may 2012-ci ildən fəaliyyətə başlayan Sfera.az bu müddət ərzində ölkənin informasiya məkanında özünəməxsus yer tutaraq müstəqil və obyektiv media qurumu kimi tanınıb. Fəaliyyətinin əsas məqsədi Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında baş verən yenilikləri, eləcə də dünyada diqqət çəkən hadisələri operativ, dəqiq və etibarlı şəkildə oxucularımıza çatdırmaq olub.
Eyni zamanda, sayt fəaliyyəti boyu ölkədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərinin, aparılan islahatların, qəbul olunan qərar və proqramların geniş və obyektiv şəkildə işıqlandırılmasına xüsusi diqqət yetirib. Cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərin düzgün təqdim olunması, rəsmi mövqelərin və ictimai rəylərin balanslı şəkildə çatdırılması "Sfera"nın prioritetlərindən biri olub.
Bu illər ərzində Sfera.az yalnız xəbər yayımı ilə kifayətlənməyərək, müxtəlif sahələri əhatə edən müsahibələr, analitik yazılar, reportajlar və müəllif məqalələri ilə də seçilib.
Sayt öz fəaliyyəti dövründə müxtəlif qurumlar, təşkilatlar və tərəfdaşlarla əməkdaşlıqlar quraraq informasiya mübadiləsinin genişlənməsinə və oxuculara daha keyfiyyətli, zəngin məzmun təqdim olunmasına nail olub.
14 il ərzində qazanılan təcrübə və oxucu etimadı saytın kolektivi üçün ən böyük dəyərdir.
Həmkarlarımıza uğurlar diləyirik!
AzNews.az