Aprelin 30-da saat 14 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Milli Onkologiya Mərkəzi”ndə baş vermiş partlayış nəticəsində ağır yaralanmış həkim-radioloq Asif Nəsirli ölüb.
Aznews.az xəbər verir ki, bu barədə TƏBİB-in “Facebook”hesabında məlumat verilib.
Qeyd edək ki, həkim-radioloq A. Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışıb.