Tramp bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb:
"Gəmilərin Hörmüz boğazından keçidini təmin edən 'Azadlıq' layihəsi qısa müddətə dayandırılacaq. Bu müddət ərzində İranla sazişin yekunlaşdırılması və imzalanmasının mümkün olub-olmayacağını aydınlaşdıracağıq".
Prezident qeyd edib ki, layihənin dayandırılmasına baxmayaraq, boğazın blokadası davam etdiriləcək. Trampın sözlərinə görə, bu qərar Pakistan və digər ölkələrin müraciəti, həmçinin ABŞ-ın "böyük hərbi uğurları" və İran təmsilçiləri ilə "tam və yekun razılaşmaya nail olmaq istiqamətindəki əhəmiyyətli irəliləyiş" fonunda qəbul edilib.