Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək

6 May 2026 09:42 (UTC+04:00)

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, söhbət 4 vaqon gübrə və 4 vaqon taxıldan gedir.

Vaqonların saat 11:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.