Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

6 May 2026 10:44 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsi ilə bağlı yeni qərarını açıqlayıb.

AMB-dən Aznews.az-a daxil olan məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb.