Taleh Kazımov: Cari əməliyyatlar balansında bu il 5,5 mlrd. dollar profisit gözlənilir

6 May 2026 11:40 (UTC+04:00)

Cari ildə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 5,5 mlrd. ABŞ dollarına çatacağı gözlənilir.

Aznews.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

O qeyd edib ki, 2027-ci ildə isə AMB cari əməliyyatlar balansının profisitinin 4,4 mlrd. dollar olacağını proqnozlaşdırıb:

"Bunun əsas səbəbi AMB neft və qaz qiymətləri üzrə yeni proqnozudur. Belə ki, Mərkəzi Bank neftin orta qiymətini 2026-cı il üzrə 84,5dollar, 2027-ci il üzrə 74,5 dollar müəyyən edib. Qazın min kubmetrinin qiyməti 2026-cı il üzrə 324 dollar, 2027-ci il üzrə 290 dollar proqnozlaşdırılıb".