ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefon danışığı aparıblar. Müzakirə olunan mövzulardan biri Ukraynadakı müharibə olub.
ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, danışıq Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
Açıqlamada bildirilir: “Tərəflər ABŞ–Rusiya münasibətlərini, Rusiya–Ukrayna müharibəsini və İrandakı vəziyyəti müzakirə ediblər”.
Rusiya Xarici İşlər Nazirliyi də telefon danışığını təsdiqləyib. Nazirlik qeyd edib ki, “söhbət konstruktiv və işgüzar xarakter daşıyıb”, lakin açıqlamada Ukrayna müharibəsinin müzakirə olunduğu ayrıca vurğulanmayıb.
Rusiya tərəfinin bəyanatında deyilir: “Xarici siyasət idarələrinin rəhbərləri beynəlxalq məsələlər və Rusiya–ABŞ münasibətlərinin cari vəziyyəti üzrə fikir mübadiləsi aparıblar, həmçinin ikitərəfli təmasların qrafikini müzakirə ediblər”.
Mövsüm,
AzNews.az