Taleh Kazımov "Yelo Bank"a sanksiya məsələsinə aydınlıq gətirdi

6 May 2026 12:18 (UTC+04:00)

“Yelo Bank”la bağlı hər hansı problem görmürük.

Aznews.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

O vurğulayıb ki, Avropa İttifaqının sanksiya paketinə “Yelo Bank”ın daxil edilməsi anlaşılmazlığın nəticəsidir:

“Yelo Bank”ın Rusiya sisteminə qoşulması Rusiya-Ukrayna münaqişəsindən əvvələ təsadüf edib. O sistem də artıq bağlanıb. “Yelo Bank” həm likvidlik, həm də kapital adekvatlığı baxımından kifayət qədər dayanıqlıdır. Sadəcə bank tərəfindən ödənişlərdə hansısa çətinliklər ola bilər".

O qeyd edib ki, səbəbləri araşdırmaq üçün müvafiq instansiyalara müraciət ediləcək.

“Ümid edirik ki, növbəti aylarda Aİ qərarını dəyişəcək. Çünki bunun üçün səbəb yoxdur”, - AMB sədri əlavə edib.