İsveçrəda hantavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bu barədə Reuters ölkə hökumətinə istinadən məlumat yayıb.
Məlumata görə, xəstə hospitala yerləşdirilib və hazırda Sürix şəhərindəki xəstəxanalardan birində müalicə alır. Bildirilir ki, kişi səfərdən qayıtdıqdan sonra özünü pis hiss etməyə başlayıb.
Qeyd olunur ki, o, daha əvvəl bortunda bu virusla bağlı bir neçə yoluxma halı qeydə alınmış kruiz gəmisində səfərdə olub.
Mövsüm,
AzNews.az