Pakistan Trampın qərarını alqışladı: “Hörmüzdə fasilə sülhə töhfə verəcək”

6 May 2026 13:14 (UTC+04:00)

Pakistanın baş naziri Şahbaz Şərif ABŞ prezidenti Donald Trampın Hörmüz boğazında həyata keçirilən “Azadlıq Layihəsi" (Project Freedom) əməliyyatına fasilə verilməsi qərarını yüksək qiymətləndirib.

Şərif bildirib ki, Pakistan və digər ölkələrin, xüsusilə də Səudiyyə Ərəbistanının müraciətlərinə Trampın verdiyi cavab “bu həssas dövrdə regional sülh, sabitlik və barışığın irəliləməsinə ciddi töhfə verəcək”.

Baş nazir vurğulayıb ki, Pakistan qarşıdurmaların dialoq və diplomatiya yolu ilə həllini dəstəkləməyə sadiq qalır.

O əlavə edib: “Ümid edirik ki, mövcud dinamika bölgə və daha geniş coğrafiya üçün davamlı sülh və sabitliyi təmin edəcək uzunmüddətli razılaşmaya gətirib çıxaracaq”.

Mövsüm,

AzNews.az