NATO və BMT strukturları da daxil olmaqla qlobal beynəlxalq qurumlar təsirlərini itirmələri və daxili böhranlar səbəbindən getdikcə "zombi" təşkilatlara bənzəyirlər.
Bloomberg bu barədə məlumat yayıb.
Nəşrdə deyilir ki, “1930-cu illər və 2020-ci illər arasında narahatedici bir paralellik ondan ibarətdir ki, hər iki onillikdə beynəlxalq sistemin çoxtərəfli qurumları yerişli ölülərə bənzəyir”.
Agentlik mövcud vəziyyəti 1930-cu illərdə Millətlər Liqasının tənəzzülü ilə müqayisə edir, bu zaman təşkilat formal olaraq mövcud idi, lakin aparıcı güclərin dəstəyini itirmişdi. Bloomberg həmçinin Ümumdünya Ticarət Təşkilatını, Nüvə Silahlarının Yayılmaması Müqaviləsini və Beynəlxalq Cinayət Məhkəməsini müasir "zombi" təşkilatlar arasında sadalayır.
Mövsüm,
AzNews.az