Əbülfəs Qarayev Bruno Rasine ilə görüşdü

23 Sentyabr 2013 13:46 (UTC+04:00)
Bu gün Avropa Milli Kitabxanaları Konfransının prezidenti, Fransa Milli Kitabxanasının rəhbəri Bruno Rasine mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə nazir Avropa Milli Kitabxanaları Konfransının Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasına göstərdiyi diqqəti yüksək qiymətləndirdiyini, Bakıda keçirilən möhtəşəm tədbirlərdə iştirakına görə Bruno Rasineyə təşəkkürünü bildirib.

AzNews.az