SEPAH: Hörmüz boğazından sabit və təhlükəsiz keçid təmin olunacaq

6 May 2026 15:34 (UTC+04:00)

“Hörmüz boğazı vasitəsilə sabit və təhlükəsiz gəmiçilik ABŞ təhdidlərinin “zərərsizləşdirilməsindən” sonra təmin ediləcək”.

Aznews.az xəbər verir ki, bu barədə SEPAH hərbi-dəniz qüvvələri bəyanat yayıb.

Bəyanatda Fars körfəzi və Oman körfəzində üzən gəmi kapitanlarına və sahiblərinə yeni qaydalara əməl etdiklərinə görə təşəkkür edilib.

“Təcavüzkarın təhdidləri zərərsizləşdirildikdən və yeni protokollar tətbiq edildikdən sonra Hörmüz boğazından təhlükəsiz və sabit keçid təmin olunacaq”, - bəyanatda deyilir.

Qeyd olunub ki, SEPAH son vaxtlar boğazdan mülki gəmilərin təhlükəsiz keçidi üçün yeni qaydalar müəyyən edib.

Eyni zamanda, SEPAH xəbərdarlıq edib ki, regionda ABŞ hərbi qüvvələri üçün silah və sursat daşıyan gəmilərin hərəkətinin qarşısı alınacaq.