Yaşar Güler Azərbaycanın müdafiə sənayesi sektorundakı tərəqqidən danışıb

6 May 2026 17:33 (UTC+04:00)

Azərbaycan “SAHA” müdafiə sənayesi sərgisinə hər il daha keyfiyyətli məhsullarla qatılır.

Aznews.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler İstanbulda keçirilən “SAHA 2026” müdafiə sənayesi sərgisində jurnalistlərə açıqlamasında bildirib.

O, Türkiyə olaraq bundan çox məmnun olduqlarını vurğulayıb.

“Azərbaycanın bundan sonra da daha təkmilləşdirilmiş hərbi məhsullarla növbəti sərgilərdə iştirakı bizi məmnun edəcək”, - nazir vurğulayıb.

Yaşar Güler Azərbaycanın hərbi təyinatlı məhsullarının nümayiş olunduğu stendi də ziyarət edib.