Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib

6 May 2026 20:50 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin "X" hesabında məlumat verilib.

"Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin inkişafında müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd edildi. Həmçinin Qəbələdə keçirilmiş görüş zamanı müzakirə olunan məsələlərin ikitərəfli gündəlik çərçivəsində icrası ilə bağlı fikir mübadiləsi apardıq", - məlumatda deyilir.

Today, I have received a phone call from President of Ukraine Volodymyr Zelenskyy. During the call, satisfaction was expressed with the positive dynamics in the development of relations between our countries. We also exchanged views on the implementation of issues discussed… https://t.co/hlSQIa4jo1

— Ilham Aliyev (@presidentaz) May 6, 2026