Gəncədə qız qaçırma zamanı kütləvi dava: Gənc oğlan bıçaqlandı

6 May 2026 20:53 (UTC+04:00)

Gəncədə kütləvi dava olub.

Aznews.az xəbər verir ki, şəhər sakini 2003-cü il təvəllüdlü İ.Məmmədov bıçaq xəsarəti ilə, 2012-ci il təvəllüdlü R.İsmayılova, 1984-cü il təvəllüdlü S.Huseynova və 1985-ci il təvəllüdlü A.İsmayılova digər xəsarətlərlə xəstəxanaya yeləşdirilib.

Onlara ilkin tibbi yardım edilib.

İlkin məluamata görə, ailələr arasında qız qaçırmaq istəyən zaman dava düşüb. Bu zaman 3 nəfər döyülüb, bir nəfər bıçaqlanıb.

Dava zamanı gənc oğlanı bıçaqlayan şəxs tutulub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə.İsmayılov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir./APA

Aznews.az