PSJ Çempionlar Liqasının finalına yüksəldi

7 May 2026 01:12 (UTC+04:00)

UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin cavab oyununda "Bavariya" ilə PSJ üz-üzə gəlib.

AzNews.az xəbər verir ki, Münhendə keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Oyunda hesabı artıq 3-cü dəqiqədə Usman Dembele açıb. Matçın sonlarında, 90+4-cü dəqiqədə Harri Keyn bərabərlik qolunu vurub.

İlk oyun Paris təmsilçisinin 5:4 hesablı qələbəsi ilə yekunlaşdığı üçün iki oyunun cəminə görə PSJ finala yüksəlib. Komanda həlledici qarşılaşmada "Arsenal" ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının final qarşılaşması mayın 30-da Budapeştdə keçiriləcək.