Komitə sədri ilə görüşmək istəyənlərin nəzərinə

23 Sentyabr 2013 14:33 (UTC+04:00)
Dövlət Gömrük Komitəsinin sədri Biləsuvarda vətəndaşları qəbul edəcək.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev sentyabrın 27-də saat 11:00-da Biləsuvar Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Biləsuvar, Cəlilabad, Salyan, Neftçala rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

AzNews.az