Tenerife adasındakı liman işçiləri əvvəllər hantavirus epidemiyası ilə üzləşmiş MV Hondius kruiz gəmisinin gəlişinə etiraz olaraq tətil edəcəklər.
BFM TV bu barədə məlumat yayıb.
Tətilin 8 mayda başlayacağı bildirilir. İşçilər həmçinin Kanar adaları parlament binasının qarşısında nümayiş keçirməyi planlaşdırırlar. Təhlükəli virusun yayılmasının episentrinə çevrilən MV Hondius layneri Kabo-Verde adalarını tərk edərək Tenerife adasına yola düşüb.
Gəminin sərnişinlərin əlavə təxliyəsi üçün 9 mayda gəlməsi planlaşdırılır. "Oceanwide Expeditions" kruiz şirkətinin məlumatına görə, virus simptomları olan bütün sərnişinlər təxliyə edilib.
Mövsüm,
AzNews.az