İsrail mediası: "BU İSRAİL ÜÇÜN FƏLAKƏTDİR"

7 May 2026 17:03 (UTC+04:00)

Hörmüz boğazı və İranın nüvə razılaşması ətrafında ABŞ ilə gərginlik davam edir. Tərəflər arasında aparılan danışıqlarla bağlı qarşılıqlı açıqlamalar verildiyi bir vaxtda, İsrail mətbuatında diqqətçəkən iddialar yayılıb.

"Yedioth Ahronoth" qəzetinin İsrail rəsmisinə istinadla yaydığı xəbərə görə, İsrail Dövləti ABŞ-ın İrana təklif etdiyi mümkün razılaşmadan narahatdır.

Məlumata əsasən, sözügedən təklif İranın ballistik raket proqramını tam dayandırmır və eyni zamanda Tehrana qarşı iqtisadi sanksiyaların yumşaldılmasını nəzərdə tutur.

İsrailli rəsmi bu mümkün sənədi “İsrail üçün fəlakət” adlandıraraq bildirib ki, bu razılaşma İran rejimini zəiflətmək əvəzinə onu daha da möhkəmləndirə bilər.

Həmçinin iddia olunur ki, ABŞ ilə İran arasında mümkün anlaşma baş tutarsa, İsrail Dövləti Livana hücumlarını dayandırmaq və işğal etdiyi ərazilərdən çəkilmək təzyiqi ilə üzləşə bilər.

Mətndə qeyd edilir ki, Tel-Əviv ABŞ-ın İranın nüvə proqramını yalnız məhdudlaşdıran deyil, tam dayandıran bir razılaşma istəməsindən məmnun deyil.

Digər tərəfdən, İran parlamentinin sədri və ABŞ-la danışıqlarda nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf Vaşinqtonla razılaşmaya yaxınlıq iddialarını təkzib edib.

İsrail isə İranın nüvə və raket proqramlarının tamamilə dayandırılmasını və Tehranın regiondakı müttəfiqlərinə dəstəyinin kəsilməsini tələb edir.

Mövsüm,

AzNews.az