Bolqarıstanda yeni hökumət quruldu: Rumen Radev baş nazir seçildi

8 May 2026 13:16 (UTC+04:00)

Rumen Radev rəhbərlik etdiyi “Proqressiv Bolqarıstan” koalisiyasının lideri olaraq Bolqarıstanın baş naziri seçilib.

Bu barədə ölkənin Xalq Məclisinin saytında məlumat yayımlanıb.

Radevin namizədliyini 124 deputat dəstəkləyib, 70 deputat əleyhinə səs verib, 36 nəfər isə bitərəf qalıb.

122 səs “lehinə”, 70 səs “əleyhinə” və 36 bitərəf səslə təsdiqlənən yeni hökumətdə dörd baş nazir müavini yer alacaq. Onların sırasında yeni maliyyə naziri Qalab Donev, iqtisadiyyat, investisiya və sənaye naziri Aleksandr Pulev, həmçinin baş nazir müavinləri İvo Hristov və Atanas Pekanov olacaq.

Yeni hökumətdə daxili işlər naziri vəzifəsinə İvan Demerciev, müdafiə naziri vəzifəsinə Dimitar Stoyanov, xarici işlər naziri vəzifəsinə isə Velislava Petrova-Çamova təyin edilib.