İranlı deputatdan ABŞ-yə təhqir: “ABŞ yox, Axmaqlar Birləşmiş Ştatları”

8 May 2026 13:19 (UTC+04:00)

Ebrahim Rezai sosial şəbəkədə paylaşım edərək ABŞ-ni “Axmaqlar Birləşmiş Ştatları” adlandırıb.

O, X platformasında yazıb:

“Bu prezident və o axmaq müdafiə naziri ilə düşünürəm ki, Amerika Birləşmiş Ştatları yox, Axmaqlar Birləşmiş Ştatları deməliyik.”

Rezai həmçinin bildirib ki, ABŞ hərbi-dəniz qüvvələri “bütün donanması ilə belə” Hörmüz boğazından keçə bilməyəcək və Vaşinqtonu “ərköyün uşaq kimi davranmaqda” ittiham edib.

Açıqlamalar fevralın sonlarında başlayan müharibə ilə bağlı əldə olunmuş bir aylıq atəşkəsin pozulması ittihamlarından sonra İran və ABŞ qüvvələri arasında yaşanan toqquşmalar fonunda səsləndirilib.

Mövsüm,

AzNews.az