Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

8 May 2026 17:46 (UTC+04:00)

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultayın keçiriləcəyi tarix məlum olub.

Aznews.az xəbər verir ki, idarə heyətinin bugünkü iclasında qurultayın mayın 26-da keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Qurultayın keçiriləcəyi məkan hələlik məlum deyil.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib.