Lavrov BƏƏ-nin xarici işlər naziri ilə Hörmüz boğazı ətrafındakı vəziyyəti müzakirə edib

9 May 2026 00:37 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan telefon danışığı aparıblar.

Söhbətin əsas mövzusu Hörmüz boğazı ətrafındakı vəziyyət, o cümlədən bu məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində aparılan müzakirələrin gedişi olub.

Danışıqlar zamanı Rusiya tərəfi İran və ABŞ arasında dialoqun dəstəklənməsinin vacibliyini vurğulayıb .

Rusiya Xarici İşlər Nazirliyinin saytında deyilir ki, "Moskvanın həm İranda, həm də qonşu ərəb ölkələrində mülki şəxslər arasında itkilərə və mülki infrastruktura ziyan vurulmasına səbəb olan hərbi əməliyyatların bərpası ilə sabitləşmə perspektivlərini təhlükəyə atmağın yolverilməzliyi ilə bağlı mövqeyi bir daha təsdiqlənib" .

Mövsüm,

AzNews.az