"Real Madrid" futbol klubunun rəhbərliyi Portuqaliyanın "Benfika" komandasının baş məşqçisi Joze Mourinyonun İspaniya klubuna keçidi ilə bağlı danışıqlara başlayıb.
AzNews.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, tərəflər artıq birbaşa təmaslar aparırlar. Bildirilir ki, "Benfika" Mourinyonun komandada qalmasını istəyir, lakin yekun qərar Madrid klubunun prezidenti Florentino Peresi təklifindən asılı olacaq.
Mourinyonun 63 yaşı var. O, 2010-2013-cü illərdə "Real"a rəhbərlik edib. Onun rəhbərliyi altında komanda bir dəfə İspaniya çempionu olub, həmçinin ölkə kubokunu və Superkubokunu qazanıb.
Portuqaliyalı mütəxəssis 2025-ci ilin sentyabrında "Benfika"nın baş məşqçisi təyin olunub.