Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşıb

9 May 2026 10:57 (UTC+04:00)

Dünya bazarında Azərbaycan neftinin qiyməti 4 dollardan çox artıb.

AzNews.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin son qiyməti 4,43 ABŞ dolları və ya 4,2% artaraq 109,98 ABŞ dolları təşkil edib.

Əvvəlki ticarət sessiyasında “Azeri Light” nefti 105,55 ABŞ dollarından satılıb.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2026-cı ilin dövlət büdcəsi üzrə 65 dollar müəyyən edilib.