SEPAH-a işləyən 41 nəfər həbs olundu

9 May 2026 14:47 (UTC+04:00)

Bəhreyn Daxili İşlər Nazirliyi şənbə günü İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli 41 nəfərin həbs olunduğunu açıqlayıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik orqanları İslam SEPAH ilə əlaqəli bir qrup müəyyən edib.

Qeyd olunur ki, prokurorluq tərəfindən aparılan istintaq İran hücumlarına rəğbət göstərməklə bağlı işləri də əhatə edib.