"Böyük Dəbilqə": Azərbaycan cüdoçuları ikinci günü medalsız başa vurublar

9 May 2026 17:46 (UTC+04:00)

Azərbaycan cüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində ikinci günü medalsız başa vurublar.

Aznews.az xəbər verir ki, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal görüşündə Monqolustan cüdoçusu Anxzaya Lavjarqala məğlub olub.

70 kq çəki dərəcəsində yarışan Südabə Ağayeva isə 1/8 finalda almaniyalı Miriam Butkereytə uduzub.

Xatırladaq ki, "Böyük Dəbilqə" turniri mayın 10-da başa çatacaq.