ADY Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

9 May 2026 17:49 (UTC+04:00)

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyub.

Aznews.az xəbər verir ki, Məlumata görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin hörmətlə yad edilib.